Sərnişin daşıma qaydalarından çıxarış

• Sərnişin qatarlarına və ya nömrələnmiş yerləri olan şəhərətrafı elektrik qatarlarına gediş sənədi (bilet) fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport (bütün növlər), hərbi bilet, 16 yaşına qədər uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi, azadlığa buraxılma barədə arayış, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), gediş haqqını pulsuz və güzəştli şərtlərlə ödəyən şəxslərə isə bu hüququ verən müvafiq sənədin məlumatları əsasında sənədləşdirilir. Nömrələnməmiş yerləri olan şəhərətrafı elektrik qatarlarına gediş sənədi (bilet) sənədləşdirilən hallarda şəxsiyyəti təsdiq edən sənədlərin təqdim olunması tələb olunmur.

• Sərnişinlər daşımanın həyata keçirildiyi dövlətlərin qanunlarına müvafiq olaraq dəmir yolu nəqliyyatında gediş qaydalarının, eyni zamanda əl yüklərinin, baqajın və yük- baqajın daşınması qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar.

•     Qatarda aşkar olunmuş gediş sənədi olmayan fiziki şəxs minik stansiyasından qatarın təyinat stansiyasına kimi gediş haqqını, gedişin sənədləşdirilməsi üçün yığım haqqını və İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə pulunu ödəməlidir. Əgər biletsiz şəxs qatarı növbəti stansiyalarda tərk etməyini bildirərsə, o zaman düşəcəyi stansiyaya kimi gediş haqqını, gedişin sənədləşdirilməsi üçün yığım haqqını və İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə pulunu ödəməlidir. Gediş sənədi olmayan fiziki şəxs gediş haqqını ödəməkdən imtina edirsə, onda daşıyıcı tərəfindən növbəti stansiyada və ya dayanacaq məntəqəsində qatardan düşürülür.

•     Sərnişin gedişə başlamazdan əvvəl gediş sənədini (bileti) almalı, onda olan məlumatların düzgünlüyünü yoxlamalı və səfər boyu saxlamağa borcludur. Vaqon bələdçiləri ilə xidmət olunan vaqonlarda gediş sənədləri vaqon bələdçilərində saxlanılır. Gediş haqlarının ödənilməsi nağd və nağdsız üsulla icra edilir.

•     Saxta əlamətləri olan, eləcə də daşıyıcı tərəfindən düzəlişləri təsdiq edilməyən gediş sənədi (bileti) gediş üçün etibarsız hesab edilir və gediş sənədlərini yoxlamağa hüququ olan daşıyıcının nümayəndələri tərəfindən götürülür. Sərnişin sonrakı gedişi üçün yeni gediş sənədi almağa borcludur.

İmtiyazlı bilet tərtib edilərkən üzərində sərnişinin soyadı, eləcə də pulsuz (güzəştli) gedişə hüquq verən sənədin nömrəsi qeyd olunmalıdır.

•     Uşaqların daşınması şərtləri.

•     Sərnişinin 5 yaşadək bir uşağı, əgər o ayrıca yer tutmursa, özü ilə pulsuz aparmaq hüququ vardır. Bu zaman gediş sənədlərinin (biletlərinin) sənədləşdirilməsini həyata keçirən dövlətin milli qanunvericiliyinə uyğun olaraq, belə uşaqların gedişi üçün pulsuz gediş sənədi (bileti) də sənədləşdirilə bilər. 5 yaşa qədər uşaq ayrıca yer tutarsa, ona uşaq tarifi üzrə gediş sənədi (bileti) alınmalıdır. Sərnişinlə gedən bir uşaqdan artıq 5 yaşa qədər uşaqların hər birinə uşaq tarifi ilə gediş sənədləri (biletlər) alınmalıdır.

•     5 yaşdan 10 yaşadək uşaqlara gediş sənədləri (biletləri) uşaq tarifi ilə alınır. 10 yaşdan böyük uşaqlara tam tarif ilə gediş sənədləri (biletlər) alınır. 10 yaşadək uşaqların böyüklərin müşayəti olmadan sərnişin qatarlarında gedişinə yol verilmir. 10 yaşadək qədər olan uşaqla gedən sərnişində uşağın yaşını təsdiq edən sənədin əsli olmalıdır.

•     Uşağın yaşı gedişin başladığı günlə müəyyən edilir. Əgər gediş başlayan gün 5 yaşı tamam olan uşağın doğum günü ilə üst-üstə düşürsə, onda uşaq (əgər o, ayrıca yer tutmursa) pulsuz daşınır. Əgər gediş başlayan gün 10 yaşı tamam olan uşağın doğum günü ilə üst-üstə düşürsə, onda gediş sənədi uşaq tarifi ilə sənədləşdirilir.

•     Əl yüklərinin və ev heyvanlarının daşınması.

•     Hər bir sənədləşdirilmiş yerə görə pulsuz daşınan əl yükünün ümumi çəkisi 36 kq-dan artıq olmamalıdır. Əl yükünün daşınması üçün müəyyən edilmiş norma daxilində, sərnişinə özü ilə ölçülərinə görə əl yükləri üçün nəzərdə tutulan yerdə yerləşə bilən, sökülmüş və qablaşdırılmış şəkildə mühərriksiz bir ədəd velosiped aparmağa icazə verilir. Əgər arabaların nəzərdə tutulduğu uşaq və ya hərəkəti məhdud olan şəxs qatarda gedirsə əl yükü normasından artıq yığılan uşaq və əlil arabalarının daşınmasına icazə verilir. Sərnişinin əl yükünün çəkisi müəyyən edilmiş normadan artıqdırsa, baqaj kimi sənədləşdirilməlidir. Bu zaman əl yükünün çəkisi 50 kq-dan çox deyilsə, sərnişin normadan artıq əl yükünə görə baqajın daşınması tarifi üzrə 20 kiloqram baqajın haqqını ödəməyə borcludur. Əl yükünün üç ölçüsünün cəmi 200 sm-i keçməməli və bunun üçün xüsusi olaraq müəyyən edilən yerlərə yerləşdirilməlidir. Sərnişin tərəfindən əl yükünün daşınması şərtlərinin yerinə yetirilmədiyi hallarda, daşıyıcı daşımadan imtina edir, bu zaman ödənilmiş daşıma haqlarının qaytarılması sərnişinin yazılı ərizəsinə əsasən pretenziya qaydasında yerinə yetirilir.

•     Sərnişin, özü ilə əl yükü norması hesabına, müvafiq baytarlıq sənədləri olduqda, ev (otaq) heyvanlarını (it, pişik, quş), xüsusi qablaşdırmada, əl yükünün yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərdə aparmaq hüququna malikdir. qatarlarda ev heyvanlarının (it, pişik, quş) yalnız kupe vaqonlarda iki heyvandan artıq olmamaqla daşınmasına icazə verilir, bu zaman sərnişin boş yerlərin sayına görə( uşaq tarifi ilə ödənilən uşaqların tutduğu yerlər istisna olmaqla) kupedə gediş sənədlərinin dəyərini tam tarifi üzrə ödəməyə borcludur. Xüsusi qaba yerləşməyən itlərin ağızlığı və cilovu olmalıdır. Bu zaman sərnişin kupedə boş yerlərin sayına görə tam tarif üzrə (uşaqlar tərəfindən və ya güzəştli gediş hüququ olan və güzəşt hüququ ilə gedişi ödənilən yerlər istisna olmaqla) gediş sənədlərinin dəyərini ödəməyə borcludur. Daşıyıcı heyvanların daşınması üçün ayrıca kupe təqdim edə bilmədikdə belə daşımaya yol verilmir. Ev heyvanlarının daşınmasına görə əlavə haqq tutulmur.

•     Görmə qabiliyyəti pozulmuş (kor və zəif görən) sərnişinlərə istənilən növ (sinif) vaqonlarda əlavə yer üçün ödəniş etmədən özü ilə bələdçi - itləri aparmağa icazə verilir. Bələdçi it qısa xalta qayışında ağızlıqsız daşınmalı və onu müşayət edən sərnişinin yanında olmalıdır.

•     Sərnişin əl yükünün, eləcədə onunla olan ev heyvanlarının (itlərin, pişiklərin, quşların) tamlığının və saxlanmasının qeydinə qalmalıdır. Sərnişin özü ilə apardığı heyvanların və ya quşların sanitar-gigiyenik tələblərin pozulmasına görə tam məsuliyyət daşıyır və təmizlik işlərini təmin etməlidir.

 

Gediş sənədlərinin qaytarılması.

• Sərnişin ödədiyi müvafiq gediş haqqını geri ala bilər.Gediş haqqının geri alınması tələbi yerin qaytarılması barədə köməkçi sənəd və ya daşıyıcının gediş daşıma sənədində edilən müvafiq qeydi ilə təsdiq edilməlidir. Bu qeydlər qeydin tarixi və vaxtı, satış məntəqəsinin (stansiyanın) adı göstərilməklə imza ilə təsdiq edilir. Köməkçi sənəd və ya müvafiq qeyd olmadıqda ödənişlər geri qaytarılmır. Sərnişin daşıma müqaviləsi şərtlərinin istənilən dəyişikliyində gediş sənədində müvafiq qeydin aparılmasını tələb etməyə haqlıdır.

Sərnişin öz gediş sənədini daşıyıcıya təqdim etməli, daşıyıcı isə aşağıdakı hallarda ödənişlərin geri qaytarılması tələbini təsdiq etməyə borcludur:

əgər gediş sənədi qatarın yola düşməsi qabağı və ya yolda sərnişin xəstəliyi, bədbəxt hadisə və ya digər məcburi səbəblər nəticəsində tam və ya qismən istifadə edilməyibsə. Bu halda sərnişin qeyd edilən halları təsdiq edən müvafiq arayış təqdim etməlidir;

əgər sərnişin daşıyıcının təqsiri üzündən səfərinə başlaya və ya davam edə bilmirsə və bu səbəbdən səfərdən imtina edərsə;

əgər sərnişin vaqonda onun gediş sənədinə uyğun yerin olmamağı səbəbindən aşağı sinif (tip) vaqonda yer tutmuşsa. Bu barədə qeydiyyatı qatar rəisi və ya qoşma vaqonun bələdçisi aparır;

əgər sərnişin şəxsi xarakterli səbəblərə görə gedişdən imtina edərsə və sərnişin qatar yola düşdükdən 1 saatadək müddətə gecikərsə;

əgər sərnişin şəxsi xarakterli səbəblərə görə aralıq stansiyada gedişdən imtina edərsə və qatar həmin stansiyaya çatdıqdan 3 saat ərzində gediş sənədinə qeydiyyat üçün təqdim edərsə.

  

Gediş haqqının daşıyıcı tərəfindən geri qaytarılması gediş sənədinin sənədləşdirildiyi ölkədə həyata keçirilir. İstifadə olunmayan gediş sənədlərinə (biletlərə) görə ödənclərin qaytarılması gediş sənədində (biletdə) qeyd edilən şəxsiyyəti təsdiq edən sənəd və ya notarial qaydada rəsmiləşdirilmiş etibarnamə əsasında aparılır. Etibarnamə kassada saxlanılır.

•     Sərnişinlərin bank kartlarına ödənişlərin geri qaytarılması beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 30 təqvim gününədək, nəğd yolla alındıqda isə birbaşa sərnişinə qaytarılır.

•     İtirilmiş (oğurlanmış) gediş sənədinə və onların dublikatlarına görə ödənclər geri qaytarılmır.

•     

•     Ölkədaxili istiqamətdə

•     İstifadə olunmamış gediş sənədlərinin geri qaytarma zamanı sərnişinə qaytarılır:

•     biletin tam dəyəri

•     qatarın yola düşməsinə 24 saat qalanadək gediş sənədini qeydiyyat üçün təqdim etdikdə;

•     biletin dəyərinin 90 faizi

qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt qaldıqda;

biletin dəyərinin 75 faizi

• qatarın yola düşməsinə 6 saatdan az vaxt qaldıqda və qatar yola düşdükdən sonra 1 saat ərzində,

 

bədbəxt hadisə və xəstəliklə əlaqədar təsdiqedici sənədlər təqdim olunduğu halda qatarın yola düşməsindən 10 təqvim günü müddətində.

        • Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı:

gediş sənədi qatar yola düşənədək qaytarıldıqda yataq dəstindən istifadə haqqı sərnişinə tam qaytarılır;

İstifadə olunmamış gediş sənədlərinin geri qaytarma zamanı sərnişinə qaytarılır:

-     biletin tam dəyəri

-     qatarın yola düşməsinə 24 saat qalanadək gediş sənədini qeydiyyat üçün təqdim etdikdə;

-     biletin dəyərinin 90 faizi

        • qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt qaldıqda;

biletin dəyərinin 75 faizi

qatarın yola düşməsinə 6 saatdan az vaxt qaldıqda və qatar yola düşdükdən sonra 1 saat ərzində,

bədbəxt hadisə və xəstəliklə əlaqədar təsdiqedici sənədlər təqdim olunduğu halda qatarın yola düşməsindən 10 təqvim günü müddətində.

Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı:

gediş sənədi qatar yola düşənədək qaytarıldıqda yataq dəstindən istifadə haqqı sərnişinə tam qaytarılır;

biletin sənədləşdirilməsinə görə əvvəlcədən ödənilən komisyon yığım sərnişinə qaytarılmır;

geri qaytarma əməliyyatının sənədləşməsinə görə sərnişindən daşıyıcı tərəfindən müəyyən edilən yığım tutulur.

Beynəlxalq istiqamətdə

Əgər daşıma müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ona xitam verilməsi sərnişindən asılı olan səbəblərdən baş verərsə hesablanmış məbləğ aşağıdakı qaydada qaytarılır:

biletin və plaskartanın tam dəyəri:

əgər sərnişin gediş sənədində qeyd edilən qatarın yola düşməsinə 24 saat qalana qədər gediş sənədini qeydiyyat üçün təqdim etdikdə;

 

biletin dəyəri və plaskartanın dəyərinin 50%-i:

əgər sərnişin qatarın yola düşməsinə 24 saatdan 6 saat qalana qədər gediş sənədini qeydiyyat üçün təqdim etdikdə;

plaskartanın dəyəri istisna olmaqla gedilməyən məsafəyə görə biletin dəyəri:

əgər sərnişin gedişdən imtina edərsə və qatarın yola düşməsinə 6 saatdan az, lakin qatar yola düşdükdən sonra ən geci 1 saat ərzində gediş sənədini (qrup halında gediş istisna olmaqla) qeydiyyat üçün təqdim etdikdə;

sərnişin aralıq stansiyada sonrakı gedişindən imtina edərsə və öz gediş sənədini gəldiyi qatar çatdıqdan sonra 3 saatdan gec olmayaraq qeydiyyat üçün təqdim etdikdə;

Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı:

gediş sənədi qatar yola düşənədək qaytarıldıqda yataq dəstindən istifadə haqqı sərnişinə tam qaytarılır;

biletin sənədləşdirilməsinə görə əvvəlcədən ödənilən komisyon yığım sərnişinə qaytarılmır;