20 Oktyabr 2021

21 oktyabr tarixindən etibarən Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

21 oktyabr tarixindən etibarən Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq.
 
"Azərbaycan Dəmir Yolları" QSC  sərnişinlərin müraciətlərini nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayını 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edib.
 
O cümlədən Xırdalanla Bakı arasında sərnişin axınının çoxalması müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.
 
Qeyd olunan dəyişklik hələlik fəaliyyətdə olmayan Bakı-Qəbələ xətti üçün nəzərdə tutulmuş "Stadler" qatarının Abşeron dairəvi dəmir yolu xəttinə müvəqqəti ayrılması ilə mümkün olub.