29 İyun 2020

Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib

Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib

Nazirlər Kabinetinin qərarına əsasən karantin rejiminin müddətinin avqustun 1-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolunda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının qrafikində dəyişiklik edilib.

Sərnişin sayını nəzərə alaraq, iyunun 30-dan Bakıdan saat 16:20-də yola düşən Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən Sumqayıt-Xırdalan-Bakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.

Qrafik xüsusi göstərişədək qüvvədədir.