14 Mart 2020

Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib

Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib

2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır. Bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib. 

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatarı ilə Gürcüstan ərazisinə getmək üçün alınmış biletlərə görə ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən tam həcmdə geri qaytarılacaq.