Avtoparkinq

Bakı Dəmiryol Vağzalının qatarlardan çıxış platformasının qarşısında – Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində avtomobillər üçün parklanma sahəsi fəaliyyət göstərir. 

Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sistemi ilə həyata keçirilir. Parklanma sahəsində tariflər (manatla) aşağıdakı kimi müəyyən edilib: 

Bundan başqa, vağzal ərazisində velosipedlərin parklanması üçün ödənişsiz sahə ayrılıb.

ADY-nin Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır. Şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb.