VIP zal

VIP zallar
 
Azərbaycan Dəmir Yollarında birinci siniflə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarının VIP zallarından istifadə edə bilərlər. 

Stansiya və vağzalların ərazisində istiqamətverici, zalların girişində isə "VIP ZAL" əks olunmuş lövhələr mövcuddur. 

Bakı Dəmiryol Vağzalının VIP zalı

Sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda 1 saat müddətində VIP zaldan istifadə edə bilərlər. 

VIP zalın girişində ADY-nin əməkdaşı tərəfindən gediş sənədinin (biletin) etibarlılığı və şəxsiyyəti təsdiq edən sənədlə uyğunluğu yoxlanılır.

Gəncə Dəmiryol Vağzalının VIP zalı

Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir. 

VIP zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir: 

  • Limitsiz su, çay, qəhvə; 
  • Şəhərdaxili telefon və internetə çıxış (Wi-Fi-dan istifadə); 
  • Rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası; 
  • Şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça);
  • Sərnişinin səfərin sonunda qarşılanması.

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VIP zala kimi müşayiət edir. 

Diqqət! VIP zalda siqaret çəkmək, spirtli içki qəbul etmək qadağandır. 

Qəbələ Dəmiryol Vağzalının VIP zalı

VIP zallardan kimlər istifadə edə bilər?

Azərbaycan Dəmir Yollarında birinci siniflə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarının VIP zallarından istifadə edə bilərlər.

Bundan əlavə, dövlət xadimləri və ADY-nin rəhbər heyətinin bu zaldan istifadə etmək statusu var.

VİP zaldan istifadə etmək statusuna malik olan sərnişinlər:

•    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikasının Baş naziri, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Milli Məclisinin sədri, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi, habelə ailə üzvləri;
•    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Baş nazirinin müavinləri, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, habelə ailə üzvləri;
•    Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibi xidmətinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavinləri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi və onun müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin şöbə müdirləri; 
•    Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavinləri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri;
•    Azərbaycan Respublikasının vitse-prezidentlərinin köməkçiləri;
•    Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Baş nazirinin köməkçiləri, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri;
•    Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Milli Məclisi rəhbərliyinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçiləri;
•    Heydər Əliyev Fondunun prezidenti, vitse-prezidenti və icraçı direktoru;
•    Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvləri;
•    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini, hakimləri, Aparatının rəhbəri;
•    Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və onun müavini;
•    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman);
•    İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakim;
•    Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
•    Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri;
•    Məhkəmə-Hüquq Şurasının sədri və üzvləri;
•    Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və onun müavini, Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, Aparatının rəhbəri;
•    apellyasiya məhkəmələrinin sədrləri;
•    mərkəzi icra hakimiyyəti orqanları yanında dövlət agentliklərinin və xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən rəhbərləri;
dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin idarəetmə orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən rəhbərləri;
•    Azərbaycan Respublikası Hesablama Palatasının sədri və onun müavini;
•    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri; 
•    Dövlət Neft Fondunun İcraçı direktoru;
•    Azərbaycan Respublikası Auditorlar Palatasının sədri;
•    Azərbaycan Respublikası Audiovizual Şuranın sədri; 
•    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti və vitse-prezidentləri;
•    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri;
•    Azərbaycan Respublikasının Prezidenti yanında komissiyaların sədrləri;
•    Heydər Əliyev Mərkəzinin direktoru;
•    Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri;
•    Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi;
•    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
•    Azərbaycan Respublikasında dini mərkəzlərin (idarələrin) rəhbərləri;
•    Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri;
•    Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirləri, baş konsulları və beynəlxalq təşkilatlarda daimi nümayəndələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfirləri; 
•    Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentini, Azərbaycan Respublikasının vitse-prezidentlərini, Azərbaycan Respublikasının Baş nazirini və onun müavinlərini, Azərbaycan Respublikası Milli Məclisinin sədrini və onun müavinlərini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərini, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirini, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisini və Azərbaycan Respublikasının xarici işlər nazirini xarici və ölkədaxili səfərlərdə müşayiət edən rəsmi nümayəndə heyətlərinin üzvləri;
•    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
•    verilmiş tapşırıq üzrə öz vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin diplomatik kuryerləri və feldyegerləri.