Biznes sinif

Oturacaq tipli qatarlarda:

Bu sinif üzrə İsveçrənin "Stadler” şirkətinin müasir oturacaq tipli sərnişin qatarları və ekspres qatar fəaliyyət göstərir.

Oturacaqlar genişdir və elektrik yuvaları ilə təchiz olunub.

Biznes siniflə səyahət zamanı sərnişinlərə qatarda səfər paketi təqdim olunur. 

Keyterinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatlara məxsus şirkət tərəfindən həyata keçirilir. 

Təqdim edilən qablaşdırılmış qidaların  üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir. 

Qatar başlanğıc məntəqəsindən yola düşdükdən 1 saat sonra sərnişinlərə çay, qəhvə, su və səfər paketinin paylanması həyata keçirilir. Sərnişinlərə çay, qəhvə, suyun verilməsi bir dəfə ödənişsizdir. Növbəti dəfə isə ödəniş etməklə çay, qəhvə, su və menyudan istənilən məhsulu ala bilmə imkanı yaradılır. 



Yataq tipli qatarlarda:

VIP-zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir: 

  • Limitsiz su, çay, qəhvə; 
  • İnternetə çıxış (Wi-Fi-dan istifadə); 
  • Rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası; 
  • Şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça);
  • Sərnişinin səfərin sonunda qarşılanması;
  • Bakı Dəmiryol Vağzalında 2 saatlıq ödənişsiz avtoparkinq.

Oturacaq və yataq imkanları:

  • 2 nəfərlik otaq, rahat oturacaqlar yatağa çevrilə bilir.
  • Yataqların altında geniş saxlama və əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulmuş bölmələr mövcuddur.

İşıqlandırma sistemi:

  • Hər sərnişin üçün fərdi işıqlandırma təmin edilir və tənzimlənə bilir.
  • Bölmənin hər iki tərəfində yerləşən güzgülərin baş hissəsində əlavə işıqlar mövcuddur.

Elektrik və texniki təchizat:

  • Hər bir sərnişin üçün ayrıca elektrik yuvası (220V) mövcuddur.
  • İşıq səviyyəsi və audio sistemi idarə olunur.

Əlavə xüsusiyyətlər:

  • Divara quraşdırılmış TV monitoru mövcuddur (4 dildə kontent: Azərbaycan, türk, rus, ingilis; 4 əsas qrup: bədii film, cizgi film, musiqi, veriliş)

Yataq dəsti və digər təminatlar:

  • Balış və balışüzü
  • Döşək və döşəküzü
  • Yorğan və yorğanüzü
  • Əl-üz dəsmalı 

Səfər dəsti və ödənişsiz qida xidməti 

  • Səyahəti daha rahat etmək üçün səfər dəsti və müəyyən təamlar təqdim edilir.

Qatardaxili səyyar satışdan yararlanma imkanı

  • Bütün siniflərdə səyyar satış xidmətindən faydalanmaq imkanı var;
  • Bu xidmət çərçivəsində sərnişinlər yemək və içkiləri birbaşa oturduqları yerlərdə QR kod vasitəsilə sifariş edə bilərlər.

Sərnişinlərə xoş səyahət arzu edirik!