Azərbaycan Dəmir Yollarının sərnişinləri tərəfindən tez-tez verilən suallar
Bakı Dəmiryol Vağzalının kassaları saat 07:00-dan saat 23:00-dək fəaliyyət göstərir.
Beynəlxalq, ölkədaxili və şəhərətrafı qatarlara bilet almaq üçün lazım olan sənədlərlə https://ticket.ady.az/az/tarifler-ve-odenis/bilet-almaq-ucun-teleb-olunan-senedler linkinə keçid edərək tanış ola bilərsiniz.
Tariflərlə https://ticket.ady.az/az/tarifler-ve-odenis/gedis-haqqi-tarifleri linkinə keçid edərək tanış ola bilərsiniz.
Qatarın çıxmasına ən gec 10 dəqiqə qalmış bilet almaq tələb olunur.
Hərəkət cədvəlinə https://ticket.ady.az/az linkinə keçid edərək baxa bilərsiniz.
Təmassız ödəniş vasitələrindən istifadə zamanı sərnişinlərin balansından yalnız gediş haqqı çıxılır. Bu zaman heç bir əlavə məbləğ tutulmur. Qeyd edək ki, NFC ödənişləri zamanı eyni ödəniş üsulundan istifadə mütləqdir. Yəni ödəniş həm giriş, həm də çıxışda kartla və ya hər ikisində cihazla edilməlidir. Giriş və çıxış zamanı fərqli ödəniş üsulundan istifadə sərnişinin cərimə edilməsinə səbəb olacaq. Belə ki, sərnişin girişdə kartdan, çıxışda isə həmin karta bağlı cihazdan (mobil telefon, saat və s.) istifadə edərsə, sistem bunu fərqli ödəniş üsulları kimi görür və cərimə tətbiq edilir.
Dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi davam etdirilir. Hazırda müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti tam bərpa ediləcək. Dəyişən cərəyana keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək. Təkmilləşdirmə işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.
Qatarlarda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlana bilən, mühərriksiz və batareyasız velosipedi çexolunda, eləcə də FLIRT markalı qatarların dördüncü vaqonunda mühərriksiz və batareyasız 2 ədəd velosipedin daşınması üçün nəzərdə tutulmuş yerdə açıq vəziyyətdə ödənişsiz aparmaq mümkündür.
Qatarlara minik zamanı şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, 15 yaşınadək uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi) əslinin təqdim edilməsi mütləqdir. Bundan başqa, "My.gov.az" portalında qeydiyyatdan keçərək əldə edilən, şəxsiyyət vəsiqəsinin əslinə bərabər elektron şəxsiyyət vəsiqəsindən istifadə də mümkündür. Portalda qeydiyyatdan keçən hər bir vətəndaş qatara minik zamanı şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu vaqon bələdçisinin validatorunda oxutmaq üçün təqdim etməlidir.