İnklüzivlik

“Azərbaycan Dəmir Yolları” QSC hər bir sərnişinin, xüsusilə də fiziki məhdudiyyətli şəxslərin rahat səyahəti üçün maksimum imkanlar yaratmağa çalışır. 

Fiziki məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün yeni tikilmiş və ya əsaslı təmir edilmiş stansiyalarda onlar üçün xüsusi yerlər ayrılıb, turniketlər və liftlər quraşdırılıb. 

Görmə məhdudiyyətli sərnişinlər üçün vağzal və platformalara onları müşayiət edən ev heyvanı ilə daxil olmaq imkanı yaradılıb, o cümlədən taktil plitələr döşənib.

Fiziki məhdudiyyətli şəxs qatarda gedirsə, əl yükü normasından (36 kq) artıq əlil arabalarının daşınmasına icazə verilir. 

Hazırda Bakı-Sumqayıt-Bakı, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən “Stadler” şirkətinin  oturacaq tipli qatarlarında fiziki məhdudiyyətli şəxslər üçün xüsusi yerlər ayrılıb.