Standart plyus siniflə səyahət zamanı sərnişinlərə qatarda səfər paketi təqdim olunur.
Keyterinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatlara məxsus şirkət tərəfindən həyata keçirilir.
Təqdim edilən qablaşdırılmış qidaların üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir.
Qatar başlanğıc məntəqəsindən yola düşdükdən 1 saat sonra sərnişinlərə səfər paketinin paylanması həyata keçirilir. Səfər paketinə qazsız su, kruasan, çay və ya qəhvə, nəm / quru salfet daxildir. Bunlardan əlavə ödəniş etməklə menyudan istənilən məhsulu ala bilmə imkanı yaradılır.
Oturacaqlar kiçik masa və elektrik yuvaları ilə təchiz olunub.