Tətbiqdə “Balansınızı artırın” bölməsinə daxil olun, açılan pəncərədə istədiyiniz məbləği qeyd edin, daha sonra bank kartı məlumatlarını daxil edib ödənişi təsdiqləyin. Nəzərə alın ki, ADY-nin onlayn kartının balansı ölkədaxili səfər biletlərinin alışı üçün nəzərdə tutulmayıb.
"Balansınızı artırın" bölməsinə keçin və aşağı hissədə olan "Balansı geri qaytarmaq" düyməsinə sıxın.
Hələ ki bu funksiya mümkün olmasa da, növbəti təkmilləşdirmələrdə nəzərdə tutulur. Virtual kart hazırda sadəcə Abşeron dairəvi marşrutu üzrə hərəkət üçün nəzərdə tutulub. Ölkədaxili səfəriniz üçün isə əsas səhifədə olan "Bilet alın" bölməsinə keçid edərək Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə bilet ala bilərsiniz.
"Biletlərim" bölməsinə keçid edərək "Bileti geri qaytar" düyməsini sıxın.
Abşeron dairəvi marşrutu üzrə alınmış biletlərinizi həmin günün sonunadək qaytarmaq mümkündür. Bunun üçün "Biletlərim" bölməsinə daxil olun, oradan qaytarmaq istədiyiniz bileti seçib aşağı hissədə yerləşən "Bileti geri qaytar" düyməsini sıxın.
Mobil tətbiqin aşağı hissəsində yerləşən "Cədvəl" bölməsinə daxil olaraq ölkədaxili və şəhərətrafı reyslər üzrə hərəkət cədvəli ilə tanış ola bilərsiniz. Həmçinin "Cədvəlin tənzimlənməsi" bölməsinə keçid edərək cədvəli özünüzə uyğun tənzimləmək imkanınız var. Video izah
"Bilet alın" bölməsinə daxil olaraq istiqaməti seçib, digər şəxslərin məlumatlarını əlavə edərək onlar üçün də bilet əldə edə bilərsiniz.
Bir səfər zamanı ADY virtual kartı ilə yalnız bir şəxs turniketdən keçid imkanı əldə edə bilər. Abşeron dairəvi marşrutu üzrə digər şəxslərə bilet almaq üçün "Bilet alın" bölməsinə daxil olaraq istiqaməti seçməli və bank kartı vasitəsilə ödəniş etməlisiniz. Həmin biletin QR kodunu digər şəxslərə elektron formada göndərə bilərsiniz. Video izah
"Barkodu oxudun" düyməsinin aktiv olması üçün ya balansda minimum 2.40 AZN olmalıdır, ya da Abşeron dairəvi marşrutu üzrə aktiv biletiniz olmalıdır.