Ödəniş üsulları

“ADY Mobile” vasitəsilə ödəniş
 

“ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi mümkündür. Mobil tətbiq balansı plastik kart istifadə etmədən artırdıqdan sonra barkodu oxudaraq turniketdən keçməyə imkan verir. 

Tətbiqi “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Bank kartı ilə ödəniş 
 
Şəhərətrafı istiqamətlərin bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür.
 

Gediş kartı ilə ödəniş 
 
Şəhərətrafı hərəkət edən qatarlarda gediş haqqını ADY-nin gediş kartı ilə ödəmək olar. 
 
Kartın balansı stansiyalarda yerləşən elektron köşklər vasitəsilə və yaxud bilet kassalarında istənilən məbləğdə artırıla bilər. Gediş kartından istifadə qaydaları ilə burada tanış olmaq olar. 

Kassada biletin alınması 
 
Şəhərlərarası istiqamətlərə biletlər birbaşa kassalarda əldə edilə bilər. 
 
Sərnişin qatarlarına bilet şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır.  

 

 

*Təmassız ödəniş vasitələrindən istifadə zamanı sərnişinlərin balansından yalnız gediş haqqı çıxılır. Bu zaman heç bir əlavə məbləğ tutulmur. Qeyd edək ki, NFC ödənişləri zamanı eyni ödəniş üsulundan istifadə mütləqdir. Yəni ödəniş həm giriş, həm də çıxışda kartla və ya hər ikisində cihazla edilməlidir. Giriş və çıxış zamanı fərqli ödəniş üsulundan istifadə sərnişinin cərimə edilməsinə səbəb olacaq. Belə ki, sərnişin girişdə kartdan, çıxışda isə həmin karta bağlı cihazdan (mobil telefon, saat və s.) istifadə edərsə, sistem bunu fərqli ödəniş üsulları kimi görür və cərimə tətbiq edilir.