Birinci sinif

Vağzalda xidmət 
 
Azərbaycan Dəmir Yollarında birinci siniflə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarının VIP zallarından istifadə edə bilərlər. 

Stansiya və vağzalların ərazisində istiqamətverici, zalların girişində isə "VIP ZAL" əks olunmuş lövhələr mövcuddur. 

Sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda 1 saat müddətində VIP zaldan istifadə edə bilərlər. 

VIP zalın girişində ADY-nin əməkdaşı tərəfindən gediş sənədinin (biletin) etibarlılığı və şəxsiyyəti təsdiq edən sənədlə uyğunluğu yoxlanılır. 

Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir. 

VIP zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir: 

  • Limitsiz su, çay, qəhvə; 
  • Şəhərdaxili telefon və internetə çıxış (Wi-Fi-dan istifadə); 
  • Rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası; 
  • Şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça);
  • Sərnişinin səfərin sonunda qarşılanması.

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VIP zala kimi müşayiət edir. 

Diqqət! VIP zalda siqaret çəkmək, spirtli içki qəbul etmək qadağandır. 

Ödənişsiz qida xidməti 

Birinci siniflə səyahət edən sərnişinlərə qatarda səfər zamanı ödənişsiz yemək təklif olunur. 

Qida çeşidləri aşağıdakı kimidir: 

  • qəlyanaltı; 
  • səhər yeməyi; 
  • sendviç; 
  • meyvə şirəsi; 
  • çörək məmulatları; 
  • şəkər daxil olmaqla isti içki (çay, qəhvə) və su. 

Keyterinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatlara məxsus şirkət tərəfindən həyata keçirilir. 

Təqdim edilən qablaşdırılmış qidaların üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir. 

Qatar başlanğıc məntəqəsindən yola düşdükdən 1 saat sonra sərnişinlərə çay, qəhvə, su və qidanın paylanması həyata keçirilir. Sərnişinlərə çay, qəhvə, suyun verilməsi limitsiz və ödənişsizdir. 

Sərnişinə səfərboyu bir dəfə ödənişsiz, növbəti dəfə isə ödəniş etməklə menyudan istənilən məhsulu ala bilmə imkanı yaradılır. 

Qatarların birinci sinif salonlarında xüsusi yerlər mövcuddur. Oturacaqlar elektrik yuvaları və dirsəkaltı ilə təchiz olunub, fərdi işıqlandırma və oturacaqlar istəyə uyğun tənzimlənir. Həmçinin ikimərtəbəli qatarlardakı birinci sinif oturacaqları 180 dərəcə fırlana bilər.

Səfər zamanı sərnişinlərə yastıq, adyal və başmaq təqdim edilir.