Kiçik ev (otaq) heyvanlarının daşınması ilə bağlı ümumi şərtlər
Sərnişin gediş sənədini (bileti) aldıqda, qatarda heyvanların daşınması şərtləri ilə bilet kassasında və ya daşıyıcının internet saytında tanış olmalıdır. Qatarlarda daşınan kiçik ev (otaq) heyvanları altlığı olan qutularda, səbətlərdə, qəfəslərdə, konteynerlərdə yerləşdirilməli (bir qutunun, səbətin, qəfəsin, konteynerin kiçik ev (otaq) heyvanı ilə birlikdə çəkisi 10 kq-ı və üç ölçüsünün cəmi 140 sm-i keçməməlidir), qatar və vaqon növündən asılı olaraq müvafiq yerlərə yerləşməlidir. Kiçik ev (otaq) heyvanlarının daşınması üçün qutulara, səbətlərə, qəfəslərə, konteynerlərə, çamadana aşağıdakı tələblər tətbiq edilir:
Kiçik ev (otaq) heyvanlarının daşınması zamanı onların sahibləri və ya müşayiət edənlər vaqonda sanitar-gigiyenik qaydalara əməl etməli və müvafiq təmizlik işləri aparmalıdırlar.
Heyvan sahibləri qutunu, səbəti, qəfəsi, konteyneri mütəmadi olaraq təmizləməli və ev heyvanının bütün ifrazatlarını yığışdırmalıdırlar.
İt sahibi sanitar normalara riayət etməyə və qəfəsi təmiz saxlamağa, hürməsi ilə digər sərnişinləri narahat etməməsi üçün qatarda iti sakitləşdirməyi (son çarə olaraq, heyvanına sakitləşdirici dərman verə bilər) bacarmalı, heyvana vaxtında yem verməyə borcludur.
Əlilliyi olan şəxslərə bələdçi itləri özü ilə bütün növ vaqonlarda ödənişsiz daşımağa icazə verilir və buna görə daşıma sənədi rəsmiləşdirilmir. Bələdçi itin ağızlığı, xaltası, xüsusi olaraq öyrədilməsi barədə sənədi olmalı və müşayiət etdiyi sərnişinin ayaqlarının yanında olmalıdır.
Qatarlarda kiçik ev (otaq) heyvanlarının, eləcə də iri cinsdən olan itlərin daşınması qatarın yola düşmə gününə 5 gün qalmışa qədər verilmiş müvafiq baytarlıq sənədləri (yoluxucu xəstəliklərə, həmçinin parazitlərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini) əsasında həyata keçirilir. Pasportda heyvanın sahibinin adı, soyadı, heyvanın öz adı, cinsi, doğum tarixi və sağlamlığına dair məlumatlar qeyd olunur.
Bilet kassalarında kiçik ev (otaq) heyvanlarının qatarlarda daşınmasının rəsmiləşdirilməsi zamanı baytarlıq sənədlərinin təqdim olunması tələb olunmur. Sərnişin qatara minik zamanı həmin baytarlıq arayışını və heyvanın pasportunu bələdçiyə təqdim etməlidir. Əgər heyvan özünü narahat və səs-küylü aparırsa, zorakılıq nümayiş etdirirsə, vaqon bələdçisinin belə heyvanı olan sərnişini vaqona buraxmamaq hüququ var.
Sərnişin dağ siçanını və siçovulu qatarda yalnız xüsusi konteynerdə və ya etibarlı kilidi olan qəfəsdə daşıya bilər və kupedə gəzinti üçün heyvanı konteynerdən çıxarmaq qadağandır. Tutuquşunu qatarda daşımaq üçün əvvəlcədən qəfəs, quş yemi, su və qalın, işıq keçirməyən parça hazırlamaq lazımdır.
Pişiklə səfər etmək planlaşdırıldıqda, qatarda pişiyin necə daşınacağını tənzimləyən qaydalar əvvəlcədən öyrənilməli, parazitlərə qarşı müalicə üçün peyvənd edilməsi və səfərə aparılmalı əşyalara (yemək, yaxa, yemək və su üçün yığcam səyahət qabı, ilk yardım dəsti) qərar verilməlidir.
Əhliləşdirilməyən, xəstə görünən, çirkli, xoşagəlməz qoxusu olan, qutu, səbət, qəfəsə və ya konteynerə öyrədilməyən, narahat və ya təhdidedici davranış nümayiş etdirən heyvanların daşınması qadağandır. Dekorativ akvarium balıqları və tısbağalar yalnız qapalı plastik konteynerdə (akvarium və ya terrariumu əvəz edən) daşına bilər. Bu halda sərnişin konteynerdə havalandırma sistemini təmin etməlidir.
Rayonlararası (şəhərlərarası) oturacaq tipli vaqonlardan ibarət sürətli və sürət sərnişin qatarlarında:
Şəhərətrafı sərnişin qatarlarında:
Şəhərətrafı qatarlarda səfər edən sərnişinlərə özü ilə bir kiçik ev (otaq) heyvanın daşınmasına icazə verilir. Qatarlarda daşınan kiçik ev (otaq) heyvanları altlığı olan qutularda, səbətlərdə, qəfəslərdə, konteynerlərdə yerləşdirilməli (bir qutunun, səbətin, qəfəsin, konteynerin kiçik ev (otaq) heyvanı ilə birlikdə çəkisi 10 kq-ı və üç ölçüsünün cəmi 140 sm-i keçməməlidir) və qatar və vaqon növündən asılı olaraq müvafiq yerlərə yerləşməlidir.
Kiçik ev (otaq) heyvanlarının daşınması üçün qutulara, səbətlərə, qəfəslərə, konteynerlərə, çamadana aşağıdakı tələblər tətbiq edilir:
Kiçik ev heyvanlarının yuxarıda qeyd olunan şərtlərə uyğun olaraq kassir-nəzarətçiyə təqdim olunmuş baytarlıq sənədi əsasında daşınmasına icazə verilir və bu zaman onlar üçün pasport tələb olunmur.