COVID-19 şərtləri

  • 18 yaşı yeni tamam olmuş şəxs yalnız birinci doza vaksin vurdurubsa, bu zaman ona bilet satılmır. Sərnişin 2-ci doza vaksin vurdurduğu gündən etibarən 6 ay ərzində ona bilet satıla bilər. 2-ci dozadan 6 ay keçdikdən sonra isə mütləq şəkildə 3-cü doza tələb edilir.
  • Vaksin olunmayan və ya etibarlılıq müddəti bitən şəxslər bilet əldə edə bilməyəcəklər. 
  • Digər bütün Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarından 3 doza vaksin tələb edilir.  
  • Xaricdə yaşayan Azərbaycan vətəndaşları xaricdə vurdurduğu vaksin sertifikatlarını AR Səhiyyə Nazirliyinə müraciət edərək öz vaksin sertifikatlarını təsdiq etdirməlidirlər. Təsdiq olunandan sonra sertifikatları əsaslı sayılır və sabit baza sistemində yoxlanıla bilər. Bu halda onlara bilet satılır. 
  • Azərbaycanda yaşayan müvəqqəti yaşamaq üçün icazəsi olan xarici vətəndaşlar eyni qaydada AR Səhiyyə Nazirliyinə müraciət edərək öz vaksin sertifikatlarını təsdiq etdirməlidirlər. Təsdiq olunandan sonra sertifikatları əsaslı sayılır və sabit baza sistemində yoxlanıla bilir. Bu halda onlara bilet satılır. 
  • Azərbaycana qonaq gələn xarici vətəndaşların vaksin sertifikatını sistem üzərindən yoxlamaq mümkün olmadığına görə sərnişinin sənədini təqdim etməsi kifayətdir.