Gediş haqqı tarifləri

pages/547/cedvel-sayt-01.jpg
pages/547/cedvel-sayt-02.jpg
pages/547/cedvel-sayt-04.jpg

Gediş sənədləri tərtib edilərkən baza tariflərinə aşağıdakılar əlavə edilir:

  • Kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,4 əmsalı tətbiq edilir; 
  • SV tipli vaqonlarda 1,2 əmsalı tətbiq edilir;
  • 18% ƏDV;
  • Yataq dəstindən istifadə qiyməti plaskart vaqonda 1 manat, kupe vaqonda 2 manat, SV tipli vaqonda 3 manat təşkil edir;
  • Biletlərin tərtibatına görə komissiyon yığımı - 0,4 manat (ƏDV ilə).

Ölkə daxilində bütün istiqamətlər üzrə yalnız tam biletin dəyəri (ƏDV, yataq dəsti, komisyon yığım daxil olmaqla) 4 manatdan yuxarı olan biletlər qatarın yola düşməsinə 5 gündən 30 günədək olan tarixlərə alınarsa, biletlərin qiymətinə “Ekspress” və sərnişin qatarlarında 1 manat, sürət qatarlarında isə 2 manat  güzəşt edilir.

Böyük Kəsik stansiyasına kimi və geriyə marşrut üzrə ölkədaxili sərnişin, sürət və “Ekspress” qatarlarında baza tarif cədvəlinə uyğun olaraq 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarının kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,4 əmsalı tətbiq etməklə hesablanır, SV tipli vaqonlarda 1,5 əmsalı öz qüvvəsində saxlanılır.

Beynəlxalq istiqamətdə gediş haqqı tarifləri: 

MDB, Gürcüstan və Baltikyanı dövlətlərinin dəmir yolu administrasiyaları arasındakı Razılaşmaya uyğun olaraq, biletin qiyməti beynəlxalq sərnişin tarifi ilə tənzimlənməklə isveçrə frankı ilə hesablanır və daim yenilənir. Bu səbəbdən də gediş haqqının dəqiq məbləğini gediş sənədi sənədləşdirilən gün müəyyən etmək olar. Beynəlxalq istiqamətdə yataq dəstindən istifadə qiyməti plaskart vaqonda 4 manat, kupe vaqonda 5 manat, SV tipli vaqonda isə 9 manat təşkil edir.