Beynəlxalq və ölkədaxili qatarlar
Beynəlxalq istiqamətdə gediş sənədi ümumvətəndaşpasportu (16 yaşadək uşaqlara ümumvətəndaş pasportu və doğum haqqında şəhadətnamə) , ölkədaxili istiqamətdə isə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd ilə (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, 16 yaşadək uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi) vasitəsilə həyata keçirilir.
Beynəlxalq və ölkədaxili sərnişin qatarlarında uşaqların daşınması aşağıdakı qaydada həyata keçirilir:
Xarici vətəndaş bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Beynəlxalq qatarlara bilet alarkən isə onun Azərbaycan Respublikası ərazisində qalma müddəti sənədi yoxlanılır. Əgər xarici vətəndaş Azərbaycan Respublikası ərazisində 10 gündən 90 günədək müddət ərzində qalmışdırsa, bu zaman miqrasiya qeydiyyatı barədə sənədi (elektron formada və ya arayış formasında) sərhəd-keçid qaydalarına əsasən bilet kassirinə təqdim etməlidir (Sərhəd-keçid məntəqəsində sərnişinlərin digər ölkəyə keçidi zamanı problemin yaranmaması və sərnişin qatarlarının hərəkət cədvəlindən çıxmaması məqsədilə miqrasiya sənədinin bilet kassirinə təqdim olunması məcburidir.)
Şəhərətrafı qatarlar
Şəhərətrafı qatarlara gediş sənədi (bilet) rəsmiləşdirilən hallarda şəxsiyyəti təsdiq edən sənədlərin təqdim olunması tələb olunmur. Şəhərətrafı qatarlarda hərəkət gediş sənədi (bilet) və ya kartla həyata keçirilir.