Tez-tez verilən suallar

  • Ölkədaxili qatarların hərəkəti nə vaxt bərpa ediləcək?

    Dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi davam etdirilir. Hazırda müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək. Dəyişən cərəyana keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək. Məhz bunun üçün keçid bu qədər önəmlidir. Təkmilləşdirmə işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

  • Sərnişinlərdən COVID-19 pasportu tələb olunurmu?

    Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 28 mart tarixindən etibarən ölkədaxili marşrutlar üzrə bilet alan sərnişinlərdən COVID-19 pasportu tələb olunmur.

  • Şəhərətrafı qatarların hərəkət cədvəlini haradan almaq olar?

    Hərəkət cədvəlinə /hereket-cedveli linkinə keçid edərək baxa bilərsiniz.

  • Biletlərin qiymət cədvəlinə harada baxmaq olar?

    Tariflərlə /tarifler-ve-odenis/gedis-haqqi-tarifleri linkinə keçid edərək tanış ola bilərsiniz. 

  • Təmassız ödəniş zamanı bank kartlarından əlavə vəsait silinirmi?

    Təmassız ödəniş vasitələrindən istifadə zamanı sərnişinlərin balansından yalnız gediş haqqı çıxılır. Bu zaman heç bir əlavə məbləğ tutulmur.
    Qeyd edək ki, NFC ödənişləri zamanı eyni ödəniş üsulundan istifadə mütləqdir. Yəni ödəniş həm giriş, həm də çıxışda kartla və ya hər ikisində cihazla edilməlidir. Giriş və çıxış zamanı fərqli ödəniş üsulundan istifadə sərnişinin cərimə olunmasına səbəb olacaq. Belə ki, sərnişin girişdə kartdan istifadə edib, çıxışda həmin karta bağlı cihazdan (mobil telefon, saat və s.) istifadə edərsə, sistem bunu fərqli ödəniş üsulları kimi görür və cərimə tətbiq edilir. 

  • Bakı Dəmiryol Vağzalında kassanın iş saatları hansıdır?

    Ölkədaxili və şəhərətrafı qatarların kassaları saat 23:00-dək fəaliyyət göstərir.

  • Bileti ən gec nə zaman almaq mümkündür?

    Ən gec qatarın çıxmasına 10 dəqiqə qalmış bilet almaq tələb olunur.

  • Bilet almaq üçün hansı sənədlər tələb olunur?

    Beynəlxalq, ölkədaxili və şəhərətrafı qatarlara bilet almaq üçün lazım olan sənədlərlə https://ticket.ady.az/tarifler-ve-odenis/bilet-almaq-ucun-teleb-olunan-senedler linkinə keçid edərək baxa bilərsiniz.