Sərnişin ödədiyi gediş haqqını aşağıdakı qaydada geri ala bilər:
Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı:
Biletin sənədləşdiriməsinə görə əvvəlcədən ödənilən komisyon yığım sərnişinə qaytarılmır;
Geri qaytarma əməliyyatının sənədləşdirilməsinə görə sərnişindən daşıyıcı tərəfindən müəyyən edilən yığım tutulur;
Ölkədaxili bilet qaytarıldıqda 5 AZN məbləğində xidmət haqqı tutulur. İtirilmiş və korlanmış gediş sənədinin yenidən rəsmiləşdirilməsi 10 AZN təşkil edir (elektron gediş sənədi istisna olmaqla);
Gediş sənədi qatar yola düşənədək qaytarıldıqda yataq dəstindən istifadə haqqı sərnişinə tam qaytarılır.
Pos-terminalla qaytarılan biletlərdə vəsait sərnişinin bilet aldığı bank kartı hesabına 7-30 təqvim günü müddətində mədaxil olunur;