Heyvanların daşınması

Şəhərətrafı qatarlarda sərnişin ayrıca yer tutmadan özü ilə kiçik ev (otaq) heyvanlarını apara bilər.

1. Bu zaman heyvanlar altlığı olan qutularda, səbətlərdə, qəfəslərdə yerləşdirilməli, bir qutunun, səbətin və qəfəsin heyvan ilə birlikdə çəkisi 10 kq-ı və üç ölçüsünün cəmi 180 sm-i keçməməlidir.

2. Kiçik ev (otaq) heyvanlarının daşınması zamanı baytarlıq sənədi tələb olunur və sözügedən sənəd turniketdən keçid zamanı kassir-nəzarətçi tərəfindən yoxlanılır.

3. Görmə məhdudiyyətli sərnişinləri müşayiət etməsi üçün ağızlığın taxılması şərti ilə iri itlərin aparılmasına icazə verilir.

Kiçik ev (otaq) heyvanlarının daşınması zamanı aşağıdakılar qadağandır:

  • xüsusi qablarda olmadan, sərbəst şəkildə aparılması;
  • oturacaqlarda yerlərin məşğul edilməsi.

Şəhərlərarası (rayonlararası) qatarların kupe vaqonunda (SV, yüksək komfortlu və oturacaq yerli qatarlar istisna olmaqla) sərnişin kupedə olan boş yerlərin tam gediş haqqını ödəməklə pulsuz daşınan əl yükü normasından əlavə olaraq, əlavə sənədləşdirilmiş bir gediş sənədinə (biletə) bir yer və hər bir yerə də ikidən artıq olmamaqla, müvafiq baytarlıq sənədləri olan kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşınmasına icazə verilir. 
 
Sərnişin kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşınması üçün kupedəki boş yerlərin tam gediş haqqını ödədikdə sərnişindən kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşınmasına görə əlavə haqq tələb olunmur. 
 
Şəhərlərararsı (rayonlararası) qatarda kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşınması üçün daşıyıcının ayrıca kupe təqdim etmək imkanı olmadıqda belə daşınma həyata keçirilmir. 
 
Şəhərlərararsı (rayonlararası) qatarda daşınan kiçik ev (otaq) heyvanları, itlər (iri itlər və bələdçi itlər istisna olmaqla), pişiklər və quşlar qutularda, səbətlərdə, qəfəslərdə yerləşdirilməli (bir qutunun, səbətin və qəfəsin çəkisi kiçik ev (otaq) heyvanı, it, pişik və ya quşla birlikdə 10 kq-ı keçməməlidir) və əl yükləri üçün ayrılan yerlərə qoyulmalıdır. 
 
Kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşınması zamanı onların sahibləri və ya müşayiət edənlər vaqonda sanitar-gigiyenik qaydalarına əməl edilməsini təmin etməli və müvafiq təmizlik işləri aparmalıdırlar. 
 
Digər sərnişinlərin və daşıyıcının işçilərinin həyat və sağlamlığına zərər yetirə biləcək kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşınması qadağandır. 
 
Şəhərlərarası (rayonlararası) və şəhərətrafı qatarlarda ağızlıq və xalta olmaq şərtilə böyük cinsdən olan itlər və xidməti itlər daşınma haqqı ödənməklə aşağıdakı qaydada daşınır:

  • lokomotivin arxasındakı vaqonun qeyri-işlək tamburunda (həmin vaqonda yol gedən sahibinin və ya müşayiətçinin nəzarəti ilə) iki itdən artıq olmamaqla;
  • qatarın tərkibində baqaj vaqonu olduqda, xüsusi konteynerdə;
  • şəhərətrafı qatarın tamburunda (KİSS və digər yüksək komfortlu qatarları istisna olmaqla) iki itdən artıq olmayaraq, sahibinin və ya müşayiətçinin nəzarəti ilə.

 
Şəhərlərarası (rayonlararası) və şəhərətrafı qatarlarda iri cinsdən olan itlərin daşınma haqqı ədəd hesabı ilə həmin marşrut üzrə tam biletin dəyəri məbləğində ödənilməlidir. 
 
Görmə məhdudiyyətli şəxslər bələdçi itləri bütün kateqoriyadan olan vaqonlarda öz yanlarında (yüksək kateqoriyalı qatarlar və vaqonlar istisna olmaqla) pulsuz daşıyırlar və buna görə daşıma sənədi sənədləşdirilmir. Bələdçi itin ağızlığı, xaltası olmalı və müşayiət etdiyi sərnişinin ayaqlarının yanında olmalıdır. 
 
Şəhərlərarası (rayonlararası) və şəhərətrafı qatarlarda kiçik ev (otaq) heyvanları, itlər, pişiklər quşlar və iri cinsdən olan itlərin daşınması daşınmaya 5 gün qalana qədər verilmiş müvafiq baytar sənədləri əsasında həyata keçirilir. 
 
Bilet kassalarında ev (otaq) heyvanlarının daşınmasının sənədləşdirilməsi zamanı baytar sənədlərinin təqdim olması tələb olunmur. Sərnişində baytar arayışının olması qatara minik zamanı lazımdır. 
 
Kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşınmasına görə daşıma sənədlərinin geri qaytarılması qatarın yola düşməsinə qədər həyata keçirilir. Qatar yola düşdükdən sonra əl yükü kimi sənədləşdirilmiş daşıma sənədlərinin geri qaytarılması əməliyyatı aparılmır. 
 
Kiçik ev (otaq) heyvanlarının, itlərin, pişiklərin və quşların daşıma haqqı ödənmədən aparılmasına görə onların sahibi qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyır. 
 
Bütün sərnişin qatarlarında və vaqonlarında vəhşi heyvanların əl yükü kimi daşınmasına icazə verilmir. Vəhşi heyvanlar dedikdə: səth sularında, atmosferdə və yer üzündə (üzdə, torpaqda, yeraltı boşluqda) təbii sərbəstlik şəraitində yaşayan məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və balıqlar nəzərdə tutulur. Kiçik ev (otaq) heyvanları dedikdə insanlara bağlılığı olan, estetik və tərbiyə məqsədilə ev şəraitində saxlanılan, eləcə də kompanyon heyvanlar nəzərdə tutulur və onlara aşağıdakılar aiddir:

  • itlər;
  • pişiklər;
  • quşlar (yaşılbaş ördəklər (sonalar), göyərçinlər, tutuquşuları, ovçu bildirçinləri, qırğılar, ovçu tetra quşları, vürok, tənək quşu, mahmız qurbağası);
  • xırda gəmiricilər (ev siçanı, boz siçovul, cəngəllik və dağ siçanı, qum siçanı, xəzli heyvan, dekorativ dovşan, dələ, dəniz donuzu);
  • suda-quruda yaşayan xırda zəhərsiz heyvanlar;
  • akvarium balıqları və molyusklar;
  • xırda zəhərsiz sürünənlər (buqələmun, qırmızıqulaq tısbağa, kirpi, kərtənkələ);
  • burunayaqlı heyvanlar (ölkənin Qırmızı kitabına daxil edilmiş heyvanlar istisna olmaqla).

Daşıyıcı tərəfindən KİSS elektrik qatarlarının vaqonlarının və yüksək kateqoriyalı qatarların vaqonlarının konstruksiyalarını, xidmət qaydalarını nəzərə alaraq kiçik ev (otaq) heyvanlarının daşınması üçün digər qaydalar müəyyən edilə bilər.