İtirilmiş əşyalar

Sərnişin hər hansı bir əşyasını qatarda və ya dəmiryol stansiyasında unutduğunu düşünürsə, bununla bağlı “1822” qısa nömrəsinə zəng edə və ya stansiyada yerləşən məlumat mərkəzinə yaxınlaşa bilər.

Qaydalara əsasən, qatarda və ya hər hansısa bir stansiya ərazisində tapılmış əşya akt tərtib olunaraq vağzal növbətçisinə təqdim olunur. Əşyasını itirdiyini iddia edən şəxs vağzal növbətçisinə yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Bu zaman sərnişinin təsvir etdiyi əşya sistemə daxil edilibsə, sənədlərə uyğun olaraq ona təhvil verilir. Sərnişin əşyasını təhvil aldığına dair ərizə formasını doldurur.

Tapılmış əşyanın xarabolma müddəti 30 sutkadan çox olarsa, stansiyanın anbarında saxlanılır. Tez xarab olan məhsullar (qida, meyvə-tərəvəz və s.) isə akt tərtib olunaraq məhv edilir.