Siz www.ady.az saytının xidmətlərindən istifadə etməklə “Azərbaycan Dəmir Yolları” QSC-yə şəxsi məlumatlarınızı təqdim edir və onlardan istifadə şərtləri ilə razılaşırsınız.
Siz şəxsi məlumatlarınızı təqdim edərək məlumatın təyinatı üzrə istifadə olunacağı ilə birbaşa razılaşırsınız. İstifadə etdiyiniz sayt “Azərbaycan Dəmir Yolları” QSC-nin mülkiyyətidir və üçüncü şəxslər tərəfindən açıq istifadəsi nəzərdə tutulmamışdır. Müvafiq qanunvericiliyə və ADY-nin daxili siyasətinə uyğun olmayan hallar istisna olmaqla, məlumatlar hər hansı üçüncü şəxsə ötürülməyəcəkdir.
Yalnız biletləri rəsmiləşdirmək, bank sistemlərinin ödəniş kartları ilə ödənişlər həyata keçirmək məqsədilə məlumatların bir qismi, o cümlədən ad, soyad, pasport məlumatları, eləcə də bank rekvizitləri və digər məlumatlar müvafiq qayda və normalara uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfdaşı olan təşkilatlara ötürüləcək. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda qanuni və əsaslandırılmış sorğu üzrə hüquq-mühafizə orqanlarına ayrıca məlumat verilə bilər.
Şəxsi məlumatlardan icazəsiz istifadə, onların razılaşdırılmadan üçüncü şəxslərə verilməsi və ya məlumatlarınızın təyinatı üzrə istifadə edilməməsi hallarının qarşısını almaq, həmçinin məlumatların dəqiqliyini qorumaq məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən şəxsi məlumatların gizlilik siyasətini təmin edən müvafiq fiziki, elektron və idarəetmə təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.