Tibbi müayinə

Sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün maşinist və maşinist köməkçilərinin məcburi reysqabağı müayinələri həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tibb məntəqələrində lokomotiv briqadası işçilərinin fiziki, psixoemosional, zəruri halda psixoloji göstəricilərinin kompleks qiymətləndirilməsi aparılır.

Qiymətləndirilmə nəticəsində lokomotiv briqadası işçilərində əmək qabiliyyətinin itirilməsi və ya aşağı düşməsi aşkar olunarsa, onlar reysdən kənarlaşdırılırlar.

Zəruri hallarda sərnişinlərə də ilkin tibbi yardım göstərilir. Vəziyyətdən asılı olaraq tibbi yardım qatar heyəti tərəfindən və ya tibb məntəqələrində göstərilə bilər.