Kassada biletin alınması
Biletlər birbaşa kassalarda əldə edilə bilər.
Nömrələnmiş yerləri olan qatarlara bilet şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Nömrələnməmiş yerləri olan şəhərətrafı elektrik qatarlarına bilet sənədləşdirilən hallarda şəxsiyyəti təsdiq edən sənədlərin təqdim olunması tələb olunmur.
Gediş kartı ilə ödəniş
Abşeron dairəvi xətti ilə hərəkət edən qatarlarda gediş haqqını ADY-nin gediş kartı ilə ödəmək olar.
Kartın balansı stansiyalarda yerləşən elektron köşklər vasitəsilə və yaxud bilet kassalarında istənilən məbləğdə artırıla bilər. Gediş kartından istifadə qaydaları ilə burada tanış olmaq olar.
Bank kartı ilə ödəniş
Abşeron dairəvi xəttinin bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür.
Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər.
Mobil telefonla ödəniş
Mobil telefonda sərnişinə aid bank kartı ilə təmassız ödənişi (NFC) dəstəkləyən funksiya aktivdirsə, bu zaman sərnişin Abşeron dairəvi xəttinin bütün stansiyalarında turniketdə ödəniş edə bilər.
Sərnişinlər gediş haqlarını təmassız ödəniş vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər.