Abşeron dairəvi dəmir yolu xətti üzrə “Stadler” şirkətinin KISS markalı oturacaq tipli ikimərtəbəli elektrik qatarlarının ekonom və biznes vaqon tipi mövcuddur. Vaqonların hər birisi kondisioner, WI-FI və biotualetlə təchiz olunub.
Hərəkəti planlaşdırılan Bakı-Tbilisi-Qars-Ankara marşrutu üzrə sürət qatarının tərkibində “Stadler” şirkətinin istehsalı olan aşağıdakı vaqonlar mövcud olacaq:
Beynəlxalq istiqamətdə Bakı-Moskva, Bakı-Kiyev, Bakı-Rostov və Bakı-Tbilisi və ölkədaxili istiqamətdə Bakı-Böyük Kəsik, Bakı-Balakən, Bakı-Horadiz, Bakı-Astara, Bakı-Köçərli sərnişin qatarlarının tərkibində 54 yerli plaskart, dördyerli kupe və ikiyerli SV vaqon tipləri mövcuddur.
Bakı-Yalama-Bakı, Bakı-Şirvan-Hacıqabul istiqamətində hərəkət edən oturacaq tipli birmərtəbəli ER-2 elektrik qatarları dörd ədəd standart yerli vaqondan ibarətdir. Qatarda ümumilikdə 240 oturacaq yer mövcuddur.