Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.
Hal-hazırda Abşeron dairəvi dəmir yolu xəttinin Bakı (biri vağzalın qarşısında, digəri isə Cəfər Cabbarlı heykəlinin arxasında), Keşlə, Koroğlu, Bakıxanov, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Görədil və Sumqayıt stansiyalarında velosipedlər üçün dayanacaqlar var.
Bu xidmətdən istifadə ödənişsizdir və gələcəkdə bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi nəzərdə tutulur.