Avtoparkinq

Bakı Dəmiryol Vağzalının ərazisində üç parklanma sahəsi fəaliyyət göstərir. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil edilib.

Müasir texniki avadanlıqlarla təchiz edilən ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması mümkündür. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün sahə ayrılıb.

Parklanma sahələrində tariflər (manatla) aşağıdakı kimi müəyyən edilib:

Velosipedlərin parklanması üçün ödəniş tələb olunmur. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sistemi ilə həyata keçirilir.