Qatarların növləri

  • Abşeron dairəvi dəmir yolu xətti üzrə oturacaq tipli ikimərtəbəli sürətli elektrik qatarları, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə oturacaq tipli ikimərtəbəli sürətli sərnişin qatarları istifadə olunur. 

 

  • Planlaşdırılan Bakı-Tbilisi-Qars-Ankara marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət sürət qatarı istifadə olunacaq.
  • Beynəlxalq istiqamətdə yataq tipli vaqonlardan ibarət Bakı-Moskva və Bakı-Tbilisi sürət, Bakı-Kiyev, Bakı-Rostov sərnişin və ölkədaxili istiqamətdə Bakı-Böyük Kəsik sürət, Bakı-Balakən, Bakı-Horadiz, Bakı-Astara, Bakı-Köçərli marşrutları üzrə sərnişin qatarları istifadə olunur.
  • Bakı-Yalama-Bakı, Bakı-Şirvan-Hacıqabul istiqamətində ER-2 tipli elektrik qatarları hərəkət edir. Qatarlar dörd vaqondan ibarətdir.