6 Aprel 2020

Abşeron dairəvi dəmir yolu qatarlarının hərəkət cədvəli aprelin 7-dən dəyişdirilir

Abşeron dairəvi dəmir yolu qatarlarının hərəkət cədvəli aprelin 7-dən dəyişdirilir

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib. 

Məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir. 

Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq. Qatarların hərəkət qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.