24 İyun 2023

Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər

Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər

3 iyul 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq verilməsi təmin olunacaqdır. Qatarların Qovlar stansiyasında dayanması üçün müvafiq texniki tapşırıqların icrası tam yekunlaşıb.

Marşrut üzrə Bakıdan Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yerlərdə 16 AZN təşkil edir.

İyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzil başına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Xatırladaq ki, ADY 18 mart 2023-cü il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadıb.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir. Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.