22 Yanvar 2020

SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ! Ölkədaxili qatarlara biletləri bir ay əvvəldən almaq artıq mümkündür.

SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!   Ölkədaxili qatarlara biletləri bir ay əvvəldən almaq artıq mümkündür.

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib. Yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 (on) gün deyil, 30 (otuz) gün qalmış əldə edə biləcəklər.  Dəyişiklik bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin biletləri daha rahat və tez almasını təmin etməyə xidmət göstərir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq.