Tez-tez verilən suallar

  • Bəli, mümkündür. "Balansınızı artırın" bölməsinə keçin və aşağı hissədə olan "Balansı geri qaytarmaq" düyməsinə klik edin.

  • Bəli, balansınızı və ya biletinizi qaytardığınız an məbləğ bank kartınıza geri qayıdır.

  • Hələ ki bu funksiya mümkün olmasa da, növbəti təkmilləşdirilmələrdə nəzərdə tutulur. Virtual kart hazırda sadəcə Abşeron dairəvi marşrutu üzrə hərəkət üçün nəzərdə tutulub. Ölkədaxili səfəriniz üçün isə ana səhifədə olan "Bilet alın" düyməsinə klik edərək Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ Bakı marşrutları üzrə bilet ala bilərsiniz.

  • Bəli, qaytara bilərsiniz. "Biletlərim" bölməsinə keçid edərək "Bileti geri qaytar" düyməsini klik edin.

  • Bəli, mümkündür. Abşeron dairəvi marşrutu üzrə alınmış biletlərinizi həmin günün sonunadək qaytarmaq mümkündür, "Biletlərim" bölməsinə daxil olursunuz, oradan qaytarmaq istədiyiniz bileti seçib aşağı hissədə yerləşən "Bileti geri qaytar" düyməsini klikləyirsiniz. 

  • Bəli, mümkündür. Mobil tətbiqin aşağı hissəsində yerləşən "Cədvəl" bölməsinə daxil olaraq ölkədaxili və şəhərətrafı reyslər üzrə hərəkət cədvəli ilə tanış ola bilərsiniz. Həmçinin "Cədvəlin tənzimlənməsi" bölməsinə keçid edərək cədvəli özünüzə uyğun tənzimləmək imkanınız var. Video izah

  • Bəli, ala bilərsiniz. "Bilet alın" bölməsinə daxil olaraq istiqaməti seçməli, digər şəxslərin məlumatlarını əlavə edərək onlar üçün də bilet əldə edə bilərsiniz.

  • Bir səfər zamanı ADY elektron kartı ilə yalnız bir şəxs turniketdən keçid imkanı əldə edə bilər. Abşeron dairəvi marşrutu üzrə digər şəxslərə bilet almaq üçün "Bilet alın" bölməsinə daxil olaraq istiqaməti seçməli və bank kartı vasitəsi ilə ödəniş etməlisiniz. Həmin biletin QR kodunu onlara elektron formada da göndərə bilərsiniz. Video izah

  • "Barkodu oxudun" düyməsinin aktiv olması üçün ya balansda minimum 2 AZN olmalıdır, ya da Abşeron dairəvi marşrutu üzrə aktiv biletiniz olmalıdır.