8 Sentyabr 2022

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı dəyişir

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı dəyişir

Sentyabrın 9-dan 14-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtında dəyişiklik edilir.

Sentyabrın 10-dan 14-dək müvəqqəti olaraq Bakıdan Gəncəyə yola düşən qatar qüvvədə olan hərəkət qrafikində göstərilmiş vaxtdan 15 dəqiqə gecikmə ilə, yəni saat 11:40 əvəzinə saat 11:55-də  mənzil başına çatacaq. Gəncədən Bakıya  yola düşən sürətli sərnişin qatarının hərəkət qrafikində isə hər hansı dəyişiklik edilmir.

Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarına və Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfində aparılacaq. 

Dəyişiklik edilən hərəkət cədvəli təqdim olunur. Sürət elektrik qatarlarının müvəqqəti dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnmişdir.